İş yoldaşlarının da gözü yoldadır - VİDEO
07:35 / 08.12.2015
1087
İtkin neftçilərin ailə üzvləri kimi həmkarlarının da gözü yoldadir. Hər kəs ümidlə dənizdən xəbər gözləyir.
Sfera.az xezerxeber.com-a istinadən bildirir ki, neftçilər ayın yarısını dənizdə keçirir, oranı ikinci evləri hesab edirlər. Onlar üçün iş yoldaşını itirmək elə ailə üzvünü itirmək kimidir...
"Günəşli" yatağında baş vermiş qəzada itkin düşənləri qohumları qədər həmkarları da həsrətlə gözləyir. Hər kəs möcüzəyə, kiminsə sudan sağ çıxacağına ümid bəsləyir.
Qəzanın baş verdiyi platformada iki xilasedici də olub ki, onlar da dənizə qərq olub.