Logo

Xəzər dənizi Fars körfəzinə birləşdirilir? - FOTO

Xəzər dənizi Fars körfəzinə birləşdirilir? - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

İran hökuməti Xəzər dənizini Fars körfəzinə birləşdirəcək nəhəng kanal

layihəsi üzərində iş aparır.

Sfera.az virtualaz.org-a istinadən bildirir ki, bu informasiya İran və Rusiya internet

qaynaqlarında yer alıb.

Bildirilir ki, Xəzər dənizini Fars körfəzinə birləşdirmək ideyası hələ 19-cu əsrin

sonlarından var. Lakin ilk dəfə İran bu məsələni 90-cı illərin əvvəllərində Rusiya ilə

danışıqlar predmetinə çevirib. Rusiya transiran su kanalının çəkilməsi ideyasını bəyənib.

Lakin 1997-ci ildə Qərbin İrana qarşı sanksiyaları Xəzər dənizi-Fars körfəzi kanalı

layihəsinə də aid edilib. İndi İrana qarşı sanksiyaların götürülməsi bu strateji nəqliyyat

arteriyasının yaradılması ideyasını yenidən aktuallaşdırıb. Xəbər verilir ki, İran hazırda

bu layihəni prioritet layihələr sırasına daxil edib. Layihənin işlənib tamamlanması üzərində

qızğın iş gedir və prosesə xarici mütəxəssislər də cəlb olunub. Hətta kanalın 2020-ci ildə

istismara veriləcəyinə dair iddialar da səslənir.

Kanalın ümumi uzunluğu 700 kilometrə yaxın olacaq. Kanalın tikintisinə qolları ilə bərabər

10 milyard dollar xərcləmək nəzərdə tutulur. Bu, 2013-cü ilin hesablamasıdır. Hesablamalara

görə, layihəyə yatırılan investisiya 5 il ərzində geri qayıdacaq. 2000-ci ildə Rusiya-İran

hökumətlərarası komissiyasının iclasında kanalın qurğularının hazırlanması və "dəniz-çay"

tipli gəmilərin inşası barədə ilkin razılıq da əldə edilib.

Xəzər dənizi-Fars körfəzi kanalı layihəsində İran və Rusiya ilə yanaşı, Azərbaycan və Qazaxıstan,

o cümlədən də Türkmənistan çox maraqlıdır. Çünki bu kanal Xəzər sahili ölkələrinin Fars körfəzi

üzərindən dünya okeanına çıxışını təmin edəcək. Habelə onlar kanalla Fars körfəzi istiqamətində

yükdaşımalar üçün imkan qazanacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR