Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir

Azərbaycanın bu ölkə ilə viza rejimi ləğv edilir
Kateqoriya məlum deyil
T

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Surinamın xarici işlər, beynəlxalq biznes və əməkdaşlıq naziri Melvin Bouva ilə görüşüb.

 

Sfera.az xəbər verir ki, görüş zamanı ikitərəfli siyasi dialoqun inkişaf etdirilməsi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi, BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.

 

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti (rəsmi) pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında saziş"i imzalayıblar.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR