"Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar məscid tikiləcək"

Bu gün Qafqaz Müsəlmanları İdarəsində "Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! "Xocalıya ədalət!" adlı tədbir keçirilib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

A.Paşazadə bildirib ki, biz Xocalı soyqırımını heç vaxt yaddan çıxara bilmərik:

"Həqiqət öz yerini tutacaq. Xocalı faciəsi Azərbaycanın qan yaddaşıdır. Ermənilər bizə qarşı apardıqları soyqırım nəticəsində çoxlu sayda şəhidlər vermişik. Bizi öldürməklə xalqımızı əymək olmaz. Haqq öz yerini tutacaq. Xocalı faciəsi 200 il əvvəl başlamışdı. Heydər Əliyev SSRİ siyasi bürosundan çıxarılandan sonra Azərbaycan xalqına qarşı soyqırım yenidən başlandı, torpaqlarımız işğal olundu. Bizim işimiz ondan ibarətdir ki, dünya ictimaiyyətinə ermənilərin xalqımıza qarşı apardığı təcavuzü, məscidlərimizi, mədəniyyət abidələrimizi dağıtdığı haqqında həqiqətləri çatdıraq. Soyqırım ilə bizim xalqımızı sındırmaq olmaz. Aprel döyüşləri, Cocuq Mərcanlının bərpası onu göstərir ki, prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız tez bir zamanda geri qaytarılacaq. Cocuq Mərcanlıda Şuşa məscidinə oxşar bir məscid tikiləcək".

 

A.Paşazadə bildirib ki, cümə günü Azərbaycanda bütün məscidlərdə Xocalı faciəsi ilə bağlı ehsanlar veriləcək, dualar ediləcək.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...