Rusiyada azərbaycanlıya vəzifə verildi

Rusiyada azərbaycanlıya vəzifə verildi

Rusiyada azərbaycanlı diaspor fəalı Araz Mürsəliyev Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti təyin olunub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyasının qərarı ilə "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti, Rusiya Xalqlar Assambleyasının sədr müavini Araz Mürsəliyev millətlərarası münasibətlər üzrə prezident Şurası işçi orqanı yanında fəaliyyət göstərən ekspert qrupunun tərkibinə daxil edilib.

A.Mürsəliyev Millətlərlə iş üzrə Federal Agentliyin Rusiya prezidenti yanında millətlərarası münasibətləri Şurasının miqrasiya məsələləri üzrə Komissiyası ilə birgə keçirdiyi iclasda iştirak edib. İclas iştirakçıları "Rusiya Federasiyasında xarici vətəndaşların sosial və mədəni adaptasiyası və inteqrasiyasi haqqında" federal qanunun hazırlanmasının gedişatını müzakirə ediblər.

Qeyd edək ki, Rusiya Federasiyası prezidenti yanında Millətlərarası münasibətlər Şurası məsləhətçi orqandır. Bu qurum federal və regional hakimiyyət orqanlarının, ictimai birliklərin, elmi və digər təşkilatların qarşılıqlı fəaliyyətini təmin etmək üçün yaradılıb.

Həmyerlimiz Araz Mürsəliyev Rusiyada aktiv diaspor fəaliyyəti ilə məşğul olur. O, eyni zamanda, Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü, Dövlət Dumasının deputatı, "Yedinnaya Rossiya" fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. A.Mürsəliyevin rəhbərlik etdiyi "Xalqlar Dostluğu" Fondu Rusiya Dövlət Dumasının Millətlərlə iş üzrə Komitəsi, Rusiya Xalqlar Assambleyası və Moskva Hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...