Logo

İtkin düşənlərin helikopter və dalğıclarla axtarışı dayandırılıb

İtkin düşənlərin helikopter və dalğıclarla axtarışı dayandırılıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Günəşli" yatağının 10-cu özülündə baş verən yanğın nəticəsində itkin düşənlərin helikopter və dalğıclarla axtarışı hava qaranlıq olduğundan dayandırılıb. Sfera.az Trend-ə istindən məlumatına görə, bunu "Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov hadisə ilə bağlı son vəziyyətə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, "Neft Daşları"nda itkin düşmüş 3 nəfərin axtarışı ilə bağlı dalğıclar, "Günəşli" ərazisində isə helikopter tərəfindən aparılan axtarış işləri dayandırılıb: "Buna baxmayaraq, gəmi ilə axtarış işləri davam etdirilir. Axtarışlar helikopter və dalğıclar tərəfindən sabah səhər tezdən yenidən aparılmağa başlanacaq".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR