Bakıda DƏHŞƏT! Ərdə olan bacısının xəyanətindən şübhələndi və...
Cəmiyyət
10:43 / 21.02.2017
3309
Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Pərviz Şahbazovun (1992-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair hazırlıq iclası keçirilib.
Hadisə ötən il oktyabrın 11-də səhər saat 7 radələrində şəhərin Saray bağları yaşayış massivində qeydə alınıb. Həmin massivdə yaşayan Pərviz Şahbazov qısqanclıq zəminində bacısı Zümrüd Soltanovanın (1994-cü il təv.) boyun nahiyyəsinə bir neçə bıçaq zərbəsi vurmaqla, onu qətlə yetirib və hadisə yerindən qaçıb. Daxil olan məlumat əsasında hadisə yeri ekspertin iştirakı ilə müayinə olunub, müvafiq maddi sübutlar götürülüb. Səhərisi gün şübhəli şəxsi Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tutublar.
Məlum olub ki, ərdə olan Zümrüd Soltanova bir müddət öncə yoldaşından küsərək ata evinə qayıdıb, yaxınlarının dəstəyinə ehtiyacı olub. Lakin Pərviz Şahbazov bacısından şübhələnməyə başlayıb, hərçənd ki Zümrüdün kimlərləsə kənarda hər hansı əlaqədə olması istintaqda öz təsdiqini tapmayıb. Buna baxmayaraq, Şahbazovun uydurulmuş fərziyyələri onun tərəfindən bu ağır cinayəti törətməsinə kifayət edib.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin tərkibi elan edilib./aktual.az/