Bakıda ŞOK: Xəstəxanada xəstənin qollarını çarpayıya bağladılar - VİDEO

Bakıda ŞOK: Xəstəxanada xəstənin qollarını çarpayıya bağladılar - VİDEO

Bakıda reanimasiyaya yerləşdirilən xəstənin qollarını çarpayıya bağlayıblar. 

Xezerxeber.az məlumat verir ki, paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yaşayan və dializ xəstəsi olan 55 yaşlı Şahnisə Muxtarova 5 gün əvvəl mədəsində yaranan qanaxma ilə əlaqədar 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onun sözlərinə görə, həmin gün axşam övladları evə getdikdən sonra tibb bacısından su istəyib və ona ağrıkəsici iynə vurmasını xahiş edib. 

Şahnisə Muxtarovanın sözlərinə görə, bir müddət sonra tibb bacısı onun qollarını parça ilə çarpayıya bağlayıb və ona qan köçürüb. 

Bir müddət sonra isə Şahnisə Muxtarova özü qollarını aça bilib. Pasiyentin yaxınları deyirlər ki, hadisə ilə bağlı xəstəxana rəhbərliyinə də müraciət ediblər. 

Məsələ ilə bağlı 1 saylı Şəhər Kliniki Xəstəxandan "Xəzər Xəbər”ə bildirildi ki, bəzi xəstələrə qan köçürülərkən məcburən qolları bağlanır. 

Reanimatoloq Kərəm Yaqubovun sözlərinə görə, Şahnisə Muxtarovanın da qolu bu səbəbdən bağlanıb. Qolunda əmələ gələn izlər isə onun xəstəliyi ilə əlaqədardır. 

Həkim ekspertlər isə bildirdilər ki, xəstənin qolunun bağlanıb-bağlanmaması həkimdən asılıdır. Yəni qan köçürən həkim pasiyentin göstərdiyi reaksiyadan asılı olaraq onun qolunu bağlaya bilər. Lakin xəstə heç bir mənfi reaksiya göstərmirsə, ekspertlər qolun bağlanmamasını daha məqsədəuyğun sayırlar. 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 



OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...