Nazirlikdən Filarmoniya direktorunun cinayət işiylə bağlı AÇIQLAMA

Nazirlikdən Filarmoniya direktorunun cinayət işiylə bağlı AÇIQLAMA

Mədəniyyət və Turizm Nazirliyi Gəncə Dövlət Filarmoniyasının direktoru Gülçin Mirzəyevaya qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması faktına münasibət bildirib.

Sfera.az xəbər verir ki, nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun APA-ya verdiyi məlumata görə, sözügedən fakt Gülçin Mirzəyevanın əvvəl tutduğu vəzifəyə aid müəyyənləşdirilib: "Gülçin Mirzəyeva 30 dekabr 2016-cı il tarixində Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunub. Hazırda məlum proseslərə uyğun olaraq qeyd edə bilərik ki, fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasına direktor təyin olunanda onun haqqında cinayət işi olmayıb, bu kimi fakt qeydə alınmayıb".
 
V.Şixəmmədov əlavə edib ki, hadisəyə hüquqi qiymət veriləndən sonra nazirlik müvafiq qərar qəbul edəcək: "Hazırda istintaq aparıldığından qanunvericiliyə uyğun olaraq, Gülçin Mirzəyeva Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəndən müvəqqəti olaraq kənarlaşdırılıb. Hadisəyə hüquqi qiymət veriləndən sonra Mədəniyyət və Turizm Nazirliyində müvafiq qərar qəbul olunacaq".


OXŞAR XƏBƏRLƏR

Pərvinin 100 mini OĞURLANDI - VİDEO

  Aktrisa Pərvin Abıyevanın evindən oğurluq edilib. Sfera.az xəbər verir ki, Pərvin bu barədə “İncə səhər”də açıqlama verib. &n...

Bakıda taksisinə minən qızlara nömrə verən 58 yaşlı kişi HƏBS OLUNDU

Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.   Sfera.az “qafqazinfo.az”a istin...

Qətərdən İrana: Bu hücuma cavab verə bilərik!

İranın Dohadakı səfiri Əli Saleh Abadini dünən ABŞ-ın Əl-Üdeyd aviabazasına raket hücumuna etiraz olaraq Qətərin Xarici İşlər Nazirliyinə çağırılıb.   ...

"İranı dəstəkləyirik, müzakirə qaçılmazdır" - Peskov

“Rusiya Yaxın Şərq münaqişəsində aydın və ardıcıl mövqe ilə İranı dəstəkləyib”.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Kr...

Bank kartlarımızdakı pulu necə qoruyaq? - Təhlükəsizliyin əsas qaydaları

Günümüzdə bank kartları alış-veriş, ödəniş, pul çıxarışı və onlayn əməliyyatlar üçün ən rahat vasitələrdən biridir. Ona görə də maliyyə əməliyyatlarının böyük ə...

Dostluqdan düşmənçiliyə: İran və ABŞ-nin 80 illik gərgin tarixi

İran və ABŞ arasında münasibətlər müasir beynəlxalq siyasətin ən mürəkkəb və gərgin xəttlərindən biri olaraq qalır. Bir zamanlar strateji tərəfdaş olan bu iki d...