Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada öldü

Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada öldü

 

Dünən axşam saatlarında Cəlilabad rayonunda baş vermiş ağır yol qəzasında ölən və yaralananların şəxsiyyəti dəqiqləşib.

Sfera.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, Ələt-Astara magistral yolunun 131-ci kilometrliyində, Qarazəncir kəndi ərazisindəki ticarət mərkəzinin qarşısında 90 FX 557 dövlət nömrə nişanlı "BMW” markalı minik avtomobili ilə 90 RX 373 nömrəli "Hyundai” markalı kiçiktutumlu yük maşınının toqquşması nəticəsində minik avtomobilinin sürücüsü, 1960-cı il təvəllüdlü Babayev Şakir Rəhim oğlu və sərnişini, 1951-ci ildə anadan olmuş Ağayev Mirəhməd Tahir oğlu vəfat edib. "Hyundai”ın sürücüsü Əsgərov Yunis Yusif oğlu isə ağır xəsarət alıb.

Bildirilib ki, qəzada ölən şəxslər Cəlilabad rayonun Ocaqlı kənd sakinləri olub. Mirəhməd Ağayev Ocaqlı kənd orta məktəbinin direktoru vəzifəsində çalışırmış.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...