15 sentyabr – Bilik Günü: Müəllimlərin TikTok-da təhsilə gətirdiyi yeniliklər

15 sentyabr &ndash; Bilik Günü: <span style="color:#ff0000">Müəllimlərin TikTok-da təhsilə gətirdiyi yeniliklər</span>
Kateqoriya məlum deyil15.09.25, 07:572 👁️
T

15 sentyabr – Azərbaycanda “Bilik Günü”dür. Bu gün yalnız məktəblərin qapılarının açılması deyil, həm də müəllimlərin bilik və təcrübələrinin yeni nəsillə bölüşməsinin rəmzidir. Müasir dövrdə isə təhsil ənənəvi sinif otaqlarının hüdudlarını aşaraq rəqəmsal platformalara da daşınır. TikTok bu baxımdan müəllimlər üçün unikal imkanlar təqdim edir: pedaqoqlar qısa, yaddaqalan və kreativ videolar vasitəsilə öz biliklərini izləyicilərlə bölüşür, müxtəlif mövzuları daha əlçatan və maraqlı formada təqdim edirlər. Bu, həm şagirdlər, həm də daha geniş auditoriya üçün öyrənməni gündəlik həyatın bir hissəsinə çevirir.

 

Bu yanaşmanı dəstəkləmək üçün TikTok Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə #AzərbaycanMüəllimləri müsabiqəsini həyata keçirdi. Layihə çərçivəsində müəllimlər öz tədris metodlarını, pedaqoji yanaşmalarını və maraqlı dərs nümunələrini TikTok vasitəsilə təqdim edərək həm peşəkar nüfuzlarını gücləndirdilər, həm də ölkə miqyasında təhsil mühitinə töhfə verdilər. Müsabiqə müəllimlərin kreativliyini üzə çıxardı, onların geniş auditoriya ilə əlaqəsini möhkəmləndirdi və gənclərə müasir platformalarda faydalı kontentə çıxış imkanı yaratdı. Müsabiqədə orta məktəb, kollec və ali təhsil müəssisələrinin pedaqoqları iştirak edərək öz fənləri üzrə maarifləndirici videolar hazırladılar. Qısa müddətdə yüzlərlə müəllim müsabiqəyə qoşuldu və #AzərbaycanMüəllimləri həştəqi altında 4 mindən çox tədris videosu yayımlandı.

 

Nəticədə, müsabiqədə iştirak edən yüzlərlə müəllim arasından keyfiyyətli videoları və böyük izlənmə göstəriciləri ilə seçilən üç pedaqoq qalib elan olundu. Onlar TikTok-da biliklərin paylaşılmasını, tədris prosesinin daha maraqlı və əlçatan şəkildə təqdim olunmasını nümayiş etdirərək gənclərə örnək oldular.

 

Günel Əkbər – Bakı şəhəri 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. O, TikTok-da həm maarifləndirici videoları, həm də məktəb həyatının səmimi və emosional anlarını paylaşaraq geniş auditoriyanın sevgisini qazanıb. Günel müəllimənin izləyicilərinin sayı artıq 700 mindən çoxdur və bu rəqəm onun pedaqoji fəaliyyətini rəqəmsal mühitdə də uğurla davam etdirdiyini göstərir.

 

Aysel Yaqub – Bakı şəhəri “Simurq” liseyinin riyaziyyat və informatika müəllimidir. Daim gülərüz və pozitiv xarakteri ilə tanınan Aysel müəllimə hazırladığı videolarda riyazi məsələlərin həlli yollarını sadə və aydın formada təqdim edir, şagirdlər və izləyicilər üçün faydalı məsləhətlər paylaşır. Onun paylaşımları həm imtahanlara hazırlaşan abituriyentlər, həm də riyaziyyata maraq göstərən gənclər üçün böyük dəstəkdir.

 

Bəxtiyar Bəxtiyarlı – Yardımlı rayonunda yerləşən İlqar Şəkərov adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimidir. O, videolarında mürəkkəb mövzuları aydın şəkildə izah edir, eyni zamanda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə izləyicilərə maraqlı məlumatlar təqdim edir. Onun fəaliyyəti həm dil öyrənənlər, həm də ədəbiyyatsevərlər üçün dəyərli mənbədir.

 

Qalib olan müəllimlərlə yanaşı, hər gün yüzlərlə müəllim tədris mövzularını kreativ və anlaşılan formada təqdim edərək şagirdlər və abituriyentlər üçün əlavə öyrənmə imkanı yaradır.

 

Bu məqalədə isə biz sizi keyfiyyətli və maraqlı tədris videoları ilə seçilən daha dörd müəllimlə tanış edəcəyik. Onların fəaliyyəti göstərir ki, rəqəmsal platformalar əyləncə deyil, həm də maarifləndirmə və bilik paylaşımı üçün güclü vasitədir.


 

İmtahan hazırlığında gənclərə dəstək olan müəllim @riyaziyyat_pashayeva1

 

Bu yaradıcı-müəllim iyaziyyat sahəsində təcrübəli pedaqoq və DİM Marker müəllimi kimi tanınır. O, həm tədrisdə, həm də rəqəmsal platformalarda fəallığı ilə seçilir. Müəllimənin TikTok-da aktiv hesabı mövcuddur və burada gənclərin imtahan hazırlığına kömək edən faydalı videolar paylaşır.

 

Paylaşımlarında əsasən test imtahanlarında çıxan riyaziyyat suallarına izahlı cavablar təqdim edir, mövzuları sadə və aydın formada izah edərək abituriyentlərin mövzunu daha yaxşı qavramasına şərait yaradır. Onun məqsədi riyaziyyatın çətin görünən tərəflərini asanlaşdırmaq və öyrənmə prosesini maraqlı etməkdir.

 

TikTok-da bu kimi kontentlərin təqdim olunması həm abituriyentlər, həm də riyaziyyatla maraqlanan izləyicilər üçün dəyərli bilik mənbəyidir. Paşayeva pedaqoji yanaşması və sosial mediadan səmərəli istifadəsi ilə gənclər üçün müasir dövrün nümunəvi müəllimlərindən biridir.

 

Azərbaycan dilinin incəliklərinin təbliğatçısı - @filoloq.muellim

 

TikTok-da fəallığı ilə seçilən bu yaradıcı Azərbaycan dilinin zənginliklərini və incəliklərini izləyicilərə təqdim edən pedaqoqlardandır. O, gündəlik həyatımızda tez-tez rast gəlinən, lakin çox vaxt diqqətdən kənarda qalan dil qaydalarını sadə və anlaşıqlı formada izah edir.

 

Paylaşımlarında sözlərin düzgün yazılışı, tələffüzü və qrammatik qaydalar kimi mövzulara toxunan müəllim izləyicilərə həm maarifləndirici, həm də praktik dəyər daşıyan kontent təqdim edir. Əksəriyyətimizin yanlış bildiyi “sağ ol” sözünün düzgün yazılışı barədə hazırladığı video isə 533 min baxış toplayaraq böyük rezonans doğurub.

 

Filoloq müəllim rəqəmsal platformalar vasitəsilə Azərbaycan dilinin təbliği və düzgün istifadəsinin təşviqində mühüm rol oynayır və gənclər üçün əsl dil müəllimi kimi tanınır.

 

İngilis dilini sevdirən müəllim - @ulkar.khalilova

 

Ülkər Xəlilova TikTok-da məzmunları yüksək izlənməsi ilə seçilən ingilis dili müəllimlərindəndir. Uşaqlıqdan bu dilə duyduğu xüsusi maraq və sevgi onu müəllimlik peşəsinə gətirib. Oxumaq, öyrənmək və öyrətməyə olan böyük həvəsi nəticəsində o, bu gün onlarla şagirdin müəllimi, yüzlərlə izləyicinin isə sevimli kontent yaradıcısına çevrilib.

 

TikTok hesabında onun izləyiciləri üçün hər dəfə yeni sözlər, ifadələr və dil qaydaları ilə bağlı faydalı məlumatlar paylaşır. Hazırladığı videolar sayəsində gənclər ingilis dilini daha asan və maraqlı formada öyrənmək imkanı qazanırlar.

 

Ülkər müəllim həm pedaqoji fəaliyyəti, həm də rəqəmsal platformalarda göstərdiyi uğurlu işi ilə dil öyrənmək istəyənlər üçün motivasiya və dəstək mənbəyidir.

 

Riyaziyyatı sadə dillə izah edən müəllim  - @riyaziyyat.dersleri2

 

TikTok-da riyaziyyat müəllimlərinin sayı getdikcə artır və bu, gənclər üçün yeni öyrənmə imkanları yaradır. Onlardan biri də izləyicilərə riyaziyyatla bağlı sualların cavablarını, testlərin izahını və müxtəlif mövzular üzrə faydalı məlumatları təqdim edən müəllimdir.

 

Onun videoları abituriyentlər, məktəblilər və riyaziyyata maraq göstərən gənclər üçün əsl bilik mənbəyinə çevrilib. Sadə və anlaşılan izahları ilə riyaziyyatı daha əlçatan edən bu müəllim TikTok-da öyrənməni həm maraqlı, həm də faydalı edir.

 

Müəllimlərin TikTok-da göstərdikləri fəaliyyət bir daha sübut edir ki, bilik paylaşmaq üçün sərhəd yoxdur. Onların kreativ və faydalı məzmunları gənclərin öyrənməyə marağını artırır, təhsili gündəlik həyatın ayrılmaz hissəsinə çevirir. Bu təşəbbüslər həm pedaqoji ənənəni yaşadır, həm də rəqəmsal dövrün tələblərinə cavab verir.

 

 



 

 



 

 

 

 

 

 

 

 

PAYLAŞ
Sehliyali
Yüklənir...