Gəncədə partlayış zamanı xəsarət alan qadının SON DURUMU

Gəncədə partlayış zamanı xəsarət alan qadının SON DURUMU
Kateqoriya məlum deyil
T

Evin vanna otağında qazı (su qızdırıcısını) yandıran zaman ehtiyatsızlıqdan yanıq xəsarətləri alan 33 yaşlı Ç.Həsənovanın son durumu açıqlanıb.

 

Sfera.az xəbər verir ki, 12.09.2025-ci il saat 10:40 radələrində 1992-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

 

“Hər iki yuxarı ətrafın və sinənin I, II dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”, - deyə xəstəxanadan bildirilib.


Qeyd edək ki, Gəncə şəhəri sakini Ç.Həsənova yaşadığı evin vanna otağında qazı (su qızdırıcısını) yandıran zaman ehtiyatsızlıqdan partlayış baş verib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR