Logo

Avtomobili yoxdur, amma ünvanına cərimə protokolu göndərilib

Avtomobili yoxdur, amma ünvanına cərimə protokolu göndərilib
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avtomobili yoxdur, amma ünvanına cərimə protokolu göndərilib. Üstəlik, bu protokol iki dəfə tərtib olunub.

Sfera.az xezerxeber.az-a istinadən bildirir ki,maraqlı hadisə Cəlilabad rayon sakini Faiq Bağırovun başına gəlib. Bir müddət əvvəl ona Gəncə şəhərində dayanma-durma qaydasını pozduğuna görə yol polisi tərəfindən iki protokol göndərilib. Hər iki protokol eyni gündə tərtib olunub. Avtomobilin dövlət nömrə nişanı və markasının da qeyd olunduğu iki protokolun hər birində ona 20 manat cərimə yazılıb.

Faiq Bağırov məsələni araşdırmaq üçün Cəlilabad rayon yol polisinə müraciət etdikdə məlum olub ki, avtomobil Bakı şəhər qeydiyyatında olsa da, onun real sahibi Gəncə şəhərində yaşayan bir xanımdır.

Faiq Bağırov başqasına məxsus və başqa şəxs tərəfindən törədilən qayda pozuntusuna görə ona ünvanlanmış cəriməni ödəməyib. Hazırda bu məbləğ 40 manatdan 64 manata çatıb. İndi o, məsələnin qanuni şəkildə həll olunmasını istəyir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR