Logo

“Azəriqaz”ın rəhbəri xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR

"Azəriqaz"ın rəhbəri xəstəxanaya yerləşdirildi - Vəziyyəti AĞIRDIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov xəstəxanaya yerləşdirilib.

Sfera.az “İqtisadiyyat.az”a istinadən xəbər verir ki, ötən ay onun səhhətində qəfil problemlər yaranıb.

Məlumata görə, A.Məmmədov xəstəxanaya müraciət edib və onun vəziyyətinin ağır olduğu bildirilib. O, bir müddətdir xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, A.Məmmədov ötən ilin martında “Azəriqaz”ın baş direktoru vəzifəsinə təyin olunub. O, daha əvvəl baş direktorun müavini, 2023-cü ilin mart ayına qədər isə “SOCAR Energy Georgia”nın baş direktorunun müşaviri vəzifəsində çalışıb.

Əvvəllər isə “İnpatBank” (Azərbaycan) İdarə Heyətinin sədri (1993-1996), “AZEXİM” Korporasiyasının kommersiya və maliyyə direktoru (1996-2000), “Milio Commodity Services” MMC-nin Bakıdakı Nümayəndəliyinin rəhbəri (2000-2003), “Azərboru” SC-də maliyyə direktoru (2003-2013) vəzifələrində işləyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR