Oğlu Rəşad Dağlının adından müraciət etdi

Oğlu Rəşad Dağlının adından müraciət etdi
Kateqoriya məlum deyil06.09.25, 08:100 👁️
T

Hazırda həbsxanada olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif atası ilə bağlı video yayımlayıb. 

 

Sfera.az xəbər verir ki, Yusif atasının və ailəsinin adından müraciət edib.

 

O bildirib ki, son günlər Rəşad Dağlı və həmkarı Baləlinin fotolarını sosial şəbəkədə paylaşırlar. Bu isə həm meyxanaçını, həm də ailəsini narahat edir:

 

"Son günlər atamın köhnə şəkillərini paylaşırlar. 2-3 il əvvəlin şəkilləridir. Bu, ailəmizə və atama narahatçılıq yaradır. Silən hər kəsə təşəkkür edirik".

 

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

PAYLAŞ
Sehliyali
Yüklənir...