Vitse-spiker generalların Bakıda görüşməsinin SƏBƏBLƏRİNİ açıqladı

Vitse-spiker generalların Bakıda görüşməsinin SƏBƏBLƏRİNİ açıqladı
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimovun Bakıda görüşməsi Azərbaycanın artan nüfuzundan xəbər verir.
 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, Azərbaycanın Rusiya və ABŞ-la münasibətləri kontekstindən çıxış edəndə Bakının görüş yeri kimi seçilməsi təbiidir:

"Eyni zamanda, Azərbaycan bir sıra regional və dünya əhəmiyyətli layihələrin müəllifidir. Bura "Bakı-Tbilisi-Qars" dəmir yolunun, neft-qaz kəmərlərinin çəkilməsini aid etmək olar. Bu layihələrdə ABŞ Azərbaycana hər zaman dəstək olub. Bundan başqa Azərbaycan Cənubi Qafqazın ən güclü və stabil dövlətidir. Bu meyarlardan çıxış edən ABŞ və Rusiya belə bir görüşün Bakıda keçirilməsinə qərar veriblər".

 

Vitse-spiker qeyd edib ki, generalların Bakı görüşü Azərbaycana çox böyük siyasi dividentlər gətirəcək: "Bunu etiraf etmək lazımdır. ABŞ və Rusiya dünyanın böyük dövlətləridir. Eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrləridir. Bu dövlətlərin baş qərargah rəislərinin paytaxtımızda görüşü rəsmi Bakının artan nüfuzundan xəbər verir və bizə əlavə nüfuz gətirəcək".


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...

Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-...

500-dən çox hərbçiyə mənzil verilib

2025-ci ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.   Sfera.az “Report”a istinadən xəbər ve...

Dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət etdilər

Ulu öndər, Azərbaycanın eks-prezidenti Heydər Əliyev anadan olmasının 102-ci ildönümündə hörmətlə anılır.   Sfera.az xəbər verir ki, dövlət qurumları...