Azərbaycanda müəllimlərin attestasiyası aparılacaq

Azərbaycanda müəllimlərin attestasiyası aparılacaq

Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb.

Sfera.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov lent.az-a bildirib ki, həmin işçi qrupa müvafiq tapşırıqlar verilib: "Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil".
 
E.Bağırov bildirib ki, prezident İlham Əliyevin  təsdiq etdiyi "Azərbaycan Respublikasına təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda  və strategiyanın icrası ilə bağlı fəaliyyət planında müəllimlərin sertifikasiyası da nəzərdə tutulub: "Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş  məlumat veriləcək".
 
E.Bağırov əlavə edib ki, attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllim işdə qalır, aşağı olan işdən azad olunur. Bu, qanunvericilik tələbidir.


OXŞAR XƏBƏRLƏR

"Bir səhnə, min rəng, bir gələcək" - Uşaqlar danışdı, böyüklər dinlədi - FOTOLAR

Bakıda şəhid övladları və fərqli inkişaf xüsusiyyətlətlərinə malik uşaqların  cəmiyyətə mesaj verdiyi, onların fikir və  duyğularına, arzu və xəyallar...

Nə üçün qəbul imtahanında səhvə yol verilib?- DİM-dən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən  keçirilən l ixtisas qrupu üzrə qəbul imtahanında Azərbaycan və rus bölməsi üzrə riyaziyyat fənnindən 1 sualda texniki səhvə y...

"Rabitəbank"ın “Möcüzə Yarmarkası” uşaqlara sevinc, cəmiyyətə ümid yaratdı

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Rabitəbank" tərəfindən həyata keçirilən “Möcüzə Yarmarkası” sosial layihə...

"Qalatasaray" "Bavariya"nın ulduzunu ALIR

"Bavariya"lə müqaviləsinin sonuna yaxınlaşan alman ulduz Leroy Sane ona təqdim olunacaq bütün təklifləri dinlədikdən sonra gələcəyi ilə bağlı qər...

Mauro İkardinin sevgilisi çimərlik şəkillərini paylaşdı - FOTOLAR

Qalatasarayın ulduz futbolçusu Mauro İkardi, klubun çempionluğunu qeyd etdikdən sonra sevgilisi Çina Suares ilə birlikdə İspaniyanın məşhur turizm məkanı olan İ...

"Evdə eyni vaxtda bir neçə cihazı işlətməyin" - Mütəxəsisdən vacib tövsiyə

Havaların isinməsi ilə əlaqədar olaraq yanğın təhlükəsi artır. Təhlükəsizlik mütəxəssisləri həm fərdi yaşayış evlərində, həm də ictimai və sənaye obyektlərində ...