Qarlı hava ilə bağlı Bakı Avtovağzalından açıqlama
Kateqoriya məlum deyil
Qarlı hava rayonlardan gələn marşrutların fəaliyyətinə təsir etməyib.
Sfera.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.
Onun sözlərinə görə, səhər saatlarında bölgələrdən Bakı istiqamətinə start götürən marşrut avtobusları paytaxta qrafikə uyğun çatıb:
"Marşrut avtobuslarının qrafikində gecikmələr yoxdur. Bakıdan da bölgələrə gedən avtobusların hərəkətində də gecikmələr olmayıb".






