Küləkli hava ilə bağlı sarı xəbərdarlıq

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq
Kateqoriya məlum deyil03.09.25, 12:530 👁️
T

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə sentybarın 4-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

 

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Belə ki, Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Göygöl, Gədəbəy, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Beyləqan, Saatlı, Sabirabad, Şirvan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Mingəçevir, Cəlilabad, Yevlax və Ağcabədidə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

PAYLAŞ
Sehliyali
Yüklənir...