Abşeron Mərkəzi Xəstəxanasında BİABIRÇI VƏZİYYƏT - "Sistem çökdü, xaos yarandı" - VİDEO

Abşeron Mərkəzi Xəstəxanasında BİABIRÇI VƏZİYYƏT - "Sistem çökdü, xaos yarandı" - VİDEO
Kateqoriya məlum deyil
T

Xırdalanda yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasında izdiham və xaos yaşanır.

 

Sfera.az xəbər verir ki, oxu.az-a müraciət edən sakinlər bildiriblər ki, səhər saatlarından sistem çökdüyü üçün uzun-uzadı növbə yaranıb, vətəndaşlar gözləmək məcburiyyətində qalıblar.
 

"Sistem çöküb. Çox sayda insan növbə gözləyir. Söz deyəndə də, bildirirlər ki, sistem çöküb gözləyin", - şikayətdə bildirilib.
 

Xatırladaq ki, bir müddət əvvəl də sakinlər redaksiyamıza müraciət edərək Abşeron Rayon Mərkəzi Xəstəxanasında yaranan xaosdan şikayətçi olduqlarını bildirmişdilər. Səbəb isə xəstəxanada elektron növbə sisteminin tətbiq olunmaması göstərilmişdi.




 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR