Bu iş 24 saatlıq rejimə keçsin - Deputatdan TƏKLİF

Paytaxt Bakıda tıxac problemi hər il olduğu kimi bu dəfə də gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Şəhərətrafı qəsəbələrdən mərkəzə hərəkət edən sürücülər və sərnişinlər saatlarla yollarda qalır, uzunmüddətli yol təmirinin vaxtında yekunlaşmaması isə vəziyyəti daha da çətinləşdirir.
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Razi Nurullayev də narahatlığını bildirib, problemin aradan qaldırılması üçün yeni yanaşmanın tətbiq olunmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, şəhər ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir.
“Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır. Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma bir türlü başa çatdırılmır. Bir km yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir? Bu məsələlər tənzimlənməsə, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq”..
Millət vəkili işləri sürətləndirməyi təklif edib.
R.Nurullayevin fikrincə, 24 saatlıq iş rejiminə keçməsi lazımdır ki, layihələr daha tez bitsin.
Firuzə Əliyeva
Sfera.az






