Kəmaləddin Heydərov Şəhanə Hacıyevaya vəzifə verdi - FOTO

Kəmaləddin Heydərov Şəhanə Hacıyevaya vəzifə verdi - FOTO
Kateqoriya məlum deyil
T

Azərbaycanın paralimpiya çempionu Şəhanə Hacıyevaya Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.

 

Sfera.az  Report-a istinadla xəbər verir ki, bununla bağlı nazir Kəmaləddin Heydərov əmr imzalayıb.

 

Əmrə əsasən, dövlət qulluqçusu FHN-nin Sumqayıt Regional Mərkəzinin Maarifləndirmə sektorunun baş məsləhətçisi vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, Şəhanə Hacıyeva (48 kq) 2021-ci ildə keçirilmiş Tokio Yay Paralimpiya Oyunlarında cüdo yarışında qızıl medal əldə edib. Əməkdar idman ustası Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

 

Paralimpiya çempionuna FHN-də vəzifə verildi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR