Xankəndidə sökülən “bina”nın yerində bu İDARƏ ÜÇÜN yeni bina tikiləcək

Xankəndidə sökülən "bina"nın yerində bu İDARƏ ÜÇÜN yeni bina tikiləcək
Kateqoriya məlum deyil
T

Xankəndidə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin yerləşəcəyi ərazi məlum olub.
 

Sfera.az xəbər verir ki, idarənin binası Xankəndidə sentyabrın 2-də söküntüsü başlanılan qondarma rejimin "Xarici İşlər Nazirliyi"nin yerində inşa olunacaq.
 

Müasir memarlıq üslubunda yeni üçmərtəbəli inzibati binanın memarlıq-konseptual həlli və texniki göstəriciləri Qarabağın strateji inkişaf prioritetlərinə uyğun şəkildə hazırlanıb.
 

Baş İdarənin binasının 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR