Logo

“Azərsu”nun anbarında bədbəxt hadisə: Ölən var

“Azərsu”nun anbarında bədbəxt hadisə: Ölən var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hadisə dekabrın 7-də Abşeron rayonunun Saray qəsəbəsində “Azərsu” ASC-nin su anbarında qeydə alınıb.

Qaynaq işləri aparan Sumqayıt şəhər sakini Həbib Qasımovun üzərinə dəmir boru düşüb və o, hadisə yerində ölüb.

Digər bir bədbəxt hadisə isə “Azərişıq” MMC-də baş verib.

Belə ki, dekabrın 7-də Mingəçevir şəhərinin 20 yanvar küçəsində təmir işləri aparan şəhər Azər İşıq MMC-də işləyən İstiqat Yusifovun üzərinə işıq transformatoru düşməsi nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb.

Hər iki faktla bağlı araşdırmalar aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR