Saxta pul hazırlayan Səbinənin məhbəs həyatı - VİDEO

Saxta pul hazırlayan Səbinənin məhbəs həyatı - VİDEO
Gənc yaşlarında atdığı yanlış addım həyatının ən gözəl çağlarını itirməsinə səbəb olub.

 


Səbinə Mahmudova 1986-cı ildə Füzuli rayonunda anadan olub. Bir neçə il ailəsi ilə Bakının Xətai rayonunda yaşayıb. Gənc qızın atası vəfat etdikdən sonra evin bütün yükü onun üzərinə düşür. O, anasına, nənəsinə və özündən balaca qardaşına restoranda işləməklə baxırmış. Lakin qazandığı pul ailənin tələbatını ödəyə bilmirmiş. Səbinə də bundan sonra cinayətə əl atır. Bu cinayət isə qızın 7 il 11 ay azadlığını əlindən alır. 

"Anamı, nənəmi, qardaşımı aldığım 200 manatla dolandıra bilmirdim. Anam xəstə olduğu üçün evimi satıb onun müalicəsinə xərclədim. Daha sonra kirayələrdə yaşadıq. Maddi vəziyyətimiz çox pis idi. Bir gün evdə oturanda qərara aldım ki, printer alım və saxta pul hazırlayım”.

Külli miqdarda saxta pul hazırladığını deyən Səbinə həmin pulun 20 manatına kontur alarkən polisə yaxalanır. Bu səhv addım Səbinəni ailəsindən bir neçə il uzaq salır:

"Saxta yolla 10 min manat hazırladım. Mağazada kontur alarkən polis əməkdaşları məni saxlayıb şöbəyə apardılar. Yaşadığım mənzili yoxladılar. Bütün saxta pulları, printeri və digər əşyaları polisə təhvil verdim”.

Səbinənin həbs olunduğunu eşidən ailəsi şoka düşür. Hətta anası infarkt keçirir. Bir il yarımdır həbsxanada olan Səbinə anası və bacısı tərəfindən tez-tez ziyarət olunduğunu deyir. Yalnız bir nəfərdən başqa:

"Qardaşımın bura gəlməyini istəmirəm. Amma telefonla danışıram. İstəmirəm, qardaşım gəlib məni qara xələtdə görsün”.

İmkansızlıqdan yanlış addım atdığını söyləyən Səbinə gənc qızlara tövsiyyələrini də etdi:

"Gənc qızlara tövsiyyəm ondan ibarətdir ki, acından ölsələr, quru çörəyə möhtac qalsalar belə, yanlış addım ataraq həbsxanaya düşməsinlər. Bura çox ağır yerdir. Həbsxanaya düşməyi heç düşmənimə də arzulamaram. Burada yaşadığım bir gün bir ilə bərabərdir”.

Dörd divar arasında qalan Səbinə Mahmudova gözyaşları içərisində qohumlarından da şikayətlənir:

"Bircə onu deyim ki, qohumlarım yaxşı olsaydı, mən bura düşməzdim”.

Ailəsinin yaxşı yaşaması üçün yanlış addım atan Səbinə çox peşman olduğunu deyir:

"Anamın yanına qayıtmaq istəyirəm. Tutduğum əmələ və anamı başqalarının ümidinə buraxdığım üçün çox peşmanam”.(femida.az)


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...