Daha bir rayonda dəbdəbəli ehsan süfrələri LƏĞV EDİLDİ

Daha bir rayonda dəbdəbəli ehsan süfrələri <span style="color:#ff0000">LƏĞV EDİLDİ</span>
Kateqoriya məlum deyil30.08.25, 07:5214 👁️
T

Qubadan sonra Qusar rayonunda da dəbdəbəli ehsan süfrələrinin məhdudlaşdırılmasına başlanılıb.

 

Sfera.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Qusar şəhərindəki Mustafa Kasdal məscidinin imamı, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov məlumat verib.

 

Onun sözlərinə görə, ötən gün rayonda dini icma rəhbərlərinin, rayon veteranlar şurası sədrinin, yerli din xadimlərinin iştirakı ilə iclas keçirilib. İclasda yas sahiblərinə dəbdəbəli ehsan süfrələrini sadələşdirilmiş çay süfrələri ilə əvəzləmələrinin tövsiyə olunması qərara alınıb.

 

Bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmasına start verilib.

PAYLAŞ
Sehliyali
Yüklənir...