Şahin vəfat etdi - Yaxın qohumu təsdiqlədi - YENİLƏNİB

Şahin vəfat etdi - Yaxın qohumu təsdiqlədi - YENİLƏNİB

17:00

Bir müddətdir qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib. 

Sfera.az xəbər verir ki, bu barədə axşam.az-a rejissorun xalası oğlu Aqil Adiloğlu məlumat verib. 

O bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən "Seyidlər" qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

----------

14:53

"Şahin Zəkizadənin canı sağdır. Xəstə sadəcə ağır vəziyyətdədir, amma nəfəsi gedib-gəlir. Səbinə səhv başa düşüb. Sadəcə həkim deyib ki, sayılı saatlar qalıb". 

Bu xəbəri Şahin Zəkizadənin xalası oğlu big.az-a açıqlamasında bildirib: 

"Xəstəxanadayam, ölməyib!"

Qeyd edək ki, az öncə Ş.Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə onun ölüm xəbərini təsdiqləmişdi.

X X X

"Təəssüf ki, düzdür. Bəli, Şahin rəhmətə getdi. 38 yaşında... Heyif Şahindən..." 

Hönkürtü ilə rejissor Şahin Zəkizadənin xanımı big.az-a bu acı xəbərdən danışdı. 

 

"Barı vidalaşa bildinmi?" sualına Səbinə Zəkizadə belə cavab verdi: 

"Hə, dünən artıq sağollaşdım, vidalaşdım..."

----------

14:49

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadənin bu gün vəfat etməsi ilə bağlı mətbuatda yer alan xəbərlər doğru deyil. Bunu Trend-ə Tədris-Terapevtik Klinikasından bildiriblər.

Klinikadan verilən məlumata görə, o, sağdır, hazırda vəziyyəti ağır: "Xəstə reanimasiya şöbəsindədir, koma vəziyyətindədr".

-----------

14:14

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə ilə bağlı pis xəbər gəldi.

Rejissorun xanımı Səbinə Zəkizadə Axşam.az-a açıqlamasında bildirib ki, Şahini aparatlardan ayırıblar:

"Beyni sönüb, artıq aparatdan ayırıblar. Şahin can verir (ağlayır). Xəstəxanada idim, o halına baxa bilmədim. Evə gəldim, indilərdə yəqin ki, gətirəcəklər. Onun öldüyünü deməyə dilim gəlmir".


OXŞAR XƏBƏRLƏR

Hitlerin daha bir sirri: Zəhərlənməkdən qorxduğu üçün xüsusi işçilər götürüb

Hitler qədim Roma tiranı kimi dequstatorlar işə götürüb. Hitlerin yeməyini zəhər üçün sınaqdan keçirən qadınlardan sağ qalan biri öz hekayəsini onilliklər sonra...

Pendir uğrunda mübarizə: Yarışda təpədən aşağı sürüşürlər - FOTOLAR

İngiltərədə insanlar bir qalaq pendir almaq üçün təpədən aşağı sürüşərək yarışırlar.    Süd məhsullarını sevən cəsarətli insanlar dik, demək ola...

“Dünyanın ən gənc alimi": 2 yaşında dahi adlandırılan oğlan - FOTO

Britaniyalı uşaq yüksək IQ-lu insanlar üçün təşkil edilən “Mensa” klubunun ən gənc üzvü olmaqla yeni dünya rekordu vurub. Qoşulmaq üçün ən azı 132 I...

Ukrayna Almaniya ilə çoxmilyardlıq silah müqaviləsi imzaladı

Ukrayna Almaniyanın Diehl Defence şirkəti ilə IRIS-T hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat istehsalını nəzərdə tutan və dəyəri 2,2 milyard avr...

Braziliyanın yerli qəbiləsi qlobal medianı pornoya görə məhkəməyə verir

Amazondan olan Braziliyanın yerli qəbiləsi Marubo, Elon Maskın “Starlink” peyk sistemi vasitəsilə sakinlərin internetə qoşulduqdan sonra pornoqrafiy...

Tom Kruz gizli şəkildə Finlandiyaya səfər edib

Dünya şöhrətli Hollivud ulduzu yeni eksklüziv yaxtasına baxış keçirmək üçün şəxsi təyyarəsi ilə Pietarsaariyə gəlib. O, Finlandiyada cəmi bir neçə saat qalıb. ...