İctimai nəqliyyatda gedişhaqqı artır? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ictimai nəqliyyatda gedişhaqqının artırılacağı ilə bağlı fikirlər səsləndirilir. Hətta ödənişin 1 manat olacağı iddia olunur.
Bəs bu artımın baş verməsi üçün əsas varmı?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan "MasterClass" layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu bildirib ki, hətta ən inkişaf etmiş ölkələrdə də, Almaniyada da, Fransada da, şəhər daxili nəqliyyat özü-özünü dolandıra bilmir.
Onun sözlərinə görə,həmin ölkələr bunun üçün dövlətdən dotasiya alırlar:
“Şəhərlərarası marşrutlar isə özlərini dolandıra bilirlər. Bizdə hər dəfə “keyfiyyət artırılacaq” deyilsə də, Nardarana işləyən sınıq-salxaq avtobusla, "Baku Bus" vətəndaşdan eyni pulu tələb edir. Bir də sağlam reklam bazarı olsa, avtobuslar özlərini daha yaxşı sata bilərlər”.
Qeyd edək ki, rəsmi qurumlardan məsələ ilə bağlı hələ reaksiya yoxdur".
Firuzə Əliyeva
Sfera.az






