Logo

Neftçilərin meyitlərinin dənizdən çıxarılma əməliyyatı (ŞOK GÖRÜNTÜ +18)

Neftçilərin meyitlərinin dənizdən çıxarılma əməliyyatı (ŞOK GÖRÜNTÜ +18)
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Dekabrın 4-də "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən dəhşətli yanğın nəticəsində ölən şəxslərin meyitlərinin dənizdə çıxarılma anlarının görüntüləri yaylılıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, əməliyyat dekabrın 7-də keçirilib.

Qeyd edək ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində Xəzərdə "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib. Hadisə ilə bağlı FHN-in xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin "Vixr-9” və "Topaz” yanğınsöndürən gəmiləri, habelə "Avyor” dalğıc və "Samir Quliyev” yedək gəmiləri vasitəsi ilə təxliyyə işləri həyata keçirilir.

Qəza nəticəsində dənizdə itkin düşənlərin axtarışlarının nəticəsi olaraq 7 dekabr 2015-ci il tarixində qəza baş vermiş özüldən 65-70 km məsafədə Fövqəladə Hallar Nazirliyinin helikopterləri dənizdə 6 nəfərin cəsədini aşkar edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR