Binəqədidə qaz niyə kəsilib? - Rəsmi

Binəqədidə qaz niyə kəsilib? - Rəsmi
Kateqoriya məlum deyil
T

Binəqədi rayonu, Binəqədi şosesində tikinti təşkilatı tərəfindən qazıntı işləri aparılan zaman qaz xətti zədələnib.

 

"Azəriqaz"dan Sfera.az-a verilən məlumata görə, qeyd olunan səbəbdən 25.08.2025-ci il tarixdə saat 10:15-dan etibarən qaz təchizatı dayandırılıb.

 

Məlumata görə, hal-hazırda təmir-bərpa işləri aparılır. Binəqədi şosesinin, Biləcəri qəsəbəsinin, Ordubadi küçəsinin, Baksol massivinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR