Bu sahəyə 1 milyon manat ayrıldı

Bu sahəyə 1 milyon manat ayrıldı
Kateqoriya məlum deyil23.08.25, 10:5210 👁️
T

Qusar Rayon İcra Hakimiyyəti Başçısının Qusar Şəhər İnzibati Ərazi Üzrə Nümayəndəliyi şəhərin küçə və parkların təmirinə 1 milyon 132 min 414 manat vəsait ayırıb.

 

Sfera.az xəbər verir ki, qurum təmir işləri ilə bağlı "Ana-Yol" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə razılaşıb.

 

Qeyd edək ki, müvafiq işlərin icrasına bu ayın 19-dan başlanılıb, il sonuna qədər bitməyi planlaşdırılır.

 

Onu da bildirək ki, "Ana-Yol" MMC-nin qanuni təmsilçisi Tariverdiyev Ədalət Qeysəddin oğludur. Şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.

PAYLAŞ
Sehliyali
Yüklənir...