Gülüşün inanılmaz FAYDALARI

Gülüşün inanılmaz FAYDALARI
Kateqoriya məlum deyil
T

Dünyanın müxtəlif ölkələrində aparılan araşdırmalar göstərib ki, gülmək immunitet sistemini gücləndirir və xərçəng xəstələrinin həyat keyfiyyətini yüksəldir. 

 

Sfera.az xəbər verir ki, bu səbəbdən bəzi klinikalarda xüsusi “gülüş otaqları” yaradılıb.

 

Burada xəstələr komediya filmlərinə baxır, yumoristik tamaşalar izləyir və müxtəlif psixoloji oyunlarda iştirak edirlər. Həkimlərin sözlərinə görə, gülüş zamanı orqanizmdə xoşbəxtlik hormonları – endorfinlər ifraz olunur, stress azalır, müalicə prosesinə inam güclənir.

 

Mütəxəssislər hesab edir ki, gülüş sadəcə psixoloji dəstək deyil, həm də xəstələrin sağalma ehtimalını artıran mühüm faktor ola bilər.

 

Fidan Hacızadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR