Bakıda kirayə qiymətləri artacaq? - AÇIQLAMA

Bakıda kirayə qiymətləri artacaq? - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Yeni tədris ilinin yaxınlaşması ilə birlikdə kirayə mənzil bazarında hərəkətlilik müşahidə olunur. Xüsusilə tələbələrin şəhərə dönüşü, valideynlərin övladları üçün ev axtarışı bu sahədə tələbi artırır.

 

Artan maraq fonunda qiymətlərin dəyişəcəyi ilə bağlı suallar gündəmə gəlir. 

 

Qeyd edək ki, 2023-cü illə müqayisədə 2024-cü ildə kirayə qiymətləri orta hesabla 10-12 faiz artıb. 2025-ci ildə isə bu artım 13-15 faiz səviyyəsində davam edib və indi də etməkdədir. Bir otaqlı mənzillərin qiyməti 300 manatdan 400 manata yüksəlib, iki otaqlı mənzillərin qiyməti isə 700 manatdan 800-900 manata çatıb. Üç otaqlı mənzillər isə iki otaqlılara nisbətən ucuz 600-650 manat civarında təqdim olunur.

 

Maraqlıdır, qarşıdakı aylarda kirayə bazarında ciddi bahalaşma gözlənilirmi?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, ümumilikdə Bakı şəhərində mərhələli şəkildə neçə illərdir ki, icarəyə verilən evlərin qiymətində artım var. 


Onun sözlərinə görə bahalaşma əsasən mövsümi olaraq və ya böyük tədbirlərin keçirildiyi zaman baş verir:

 

“Bu, təbii haldır, tələbata uyğun qiymət seqmentindən müəyyən dəyişikliklər baş verir. Hazırda qeyri-adi qiymət artımı olması gözlənilmir. Tələbələr onsuz da dəbdəbəli evlər kirayəyə götürmürlər, elələrinin özlərinin şəhərdə evləri olur. Tələbələrə uyğun kateqoriyada olan evlərdə bahalaşma ola bilər”.

 

Ekspert nəzərə çatdırıb ki, yeni təhsil ili başladıqdan sonra proses tənzimlənəcək və qiymət öz dəhlizinə daxil olacaq.

 

Firuzə Əliyeva
Sfera.az 

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR