Pakistanın turizm şirkətlərinin Azərbaycana səfəri təşkil edildi - FOTO

Kateqoriya məlum deyil
T
Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə avqustun 16-22-də Pakistanın 10 aparıcı turizm şirkəti üçün ölkəmizə tanışlıq səfəri təşkil edilib.
Dövlət Turizm Agentliyindən Sfera.az-a verilən məlumata görə, Pakistanın beynəlxalq turizm sərgisini “Pakistan Travel Mart”la birgə təşkil olunan tanışlıq turu çərçivəsində iştirakçılara mədəni irs, təbiət, tarixi turizm üzrə müxtəlif turizm məhsulları tanıdılıb və turizm sənayesi nümayəndələri arasında B2B formatında görüşlər keçirilib.
50-yə yaxın yerli şirkətin iştirak etdiyi B2B görüşdə qarşılıqlı əməkdaşlıq imkanları və turist mübadiləsi üzrə müzakirələr aparılıb. Hazırda Pakistanın Lahor və İslamabad şəhərlərindən Azərbaycana birbaşa uçuşlar həyata keçirilir.







