Dənizlə bağlı bu qadağa qüvvəyə minməlidir - AÇIQLAMA

Dənizlə bağlı bu qadağa qüvvəyə minməlidir - AÇIQLAMA
Kateqoriya məlum deyil
T

Yay mövsümündə insanların ən çox üz tutduğu məkanlardan biri dəniz sahilləridir. İstirahət üçün toplaşanların bir qismi əyləncə məqsədilə spirtli içkilər də qəbul edir. Lakin müşahidələr göstərir ki, içki qəbul edənlərin bəziləri dənizə də daxil olur. İlk baxışda adi görünən bu vərdiş, əslində ciddi təhlükələr yarada bilər. Çünki spirtli içki həm insanın hərəkətlərinə, həm də qərarvermə qabiliyyətinə təsir edir. Belə olan halda dənizdə üzmək, özünü və digərlərini təhlükəyə atmaq deməkdir. 

 

Bəs dəniz kənarında içki qəbul etmək və içkili halda dənizə girmək hansı risklərə yol açır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nabiyev bildirib ki, insan içkili olanda sinir sistemi tam sağlam fəaliyyət göstərmir, mərkəzi sisteminin daha passiv formalaşması ətrafa da təsir edir. 

 

 

Onun sözlərinə görə, belə olan halda, vətəndaş  içkili şəkildə su hövzəsinə daxil olduqda müəyyən diqqətsizlik zamanı özünü idarə edə bilmir. Həmin şəxslər boğulma anında digər şəxslərin batmasına da şərait yarada bilər. 

 

Ekspert nəzərə çatdırıb ki, mütləq bu barədə tədbir işləri həyata keçirilməlidir:

 

“Bəzi çimərlik ərazilərində FHN-nin müvafiq qurumu tərəfindən nəzarət edilir.  Burada özəl çimərlik ərazilərinə də məsuliyyət düşür. Belə ki, orada içki satışı və gətirilməsi qadağan edilməlidir. Həmin ərazilərdə FHN-nin aidiyyatı qurumları, hətta AQTA da nəzarət etməlidir. Bu kimi məsələlər nəzərə alınsa və davamlı monitorinqlər aparılsa, müəyyən dərəcədə problemi həll etmək mümkün olar”. 

 

Firuzə Əliyeva 
Sfera.az

 


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR