İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alındı
Kateqoriya məlum deyil21.08.25, 06:450 👁️
T

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycana külli miqdarda narkotikin keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Sfera.az-a DSX-dən məlumat verilib.

 

Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 13 kiloqram 100 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

PAYLAŞ
Sehliyali
Yüklənir...