Şəmkir rayonunda dönərdən zəhərlənən 14 nəfərin kimliyi məlum olub.
Sfera.az Teleqraf-a istinadən onların siyahısını təqdim edir:
Şəmkir şəhər sakinləri Xədicə Abbasova (2014), Ömər Abbasov (2020), Şəmkir rayonunun Düyərli kənd sakinləri Novruz Süleymanlı (1996), Türkan Süleymanova (1998), Aygün Vəliyeva (1998), Rübabə Əhmədova (1975), Aytac Qurbanova (2020), Duyğu Bayramlı (2019), Şahnaz Babayeva (2011), Aydan Hüseynova (2022), Hüseyn İsmayılov (2016), Səbuhi İsmayılov (2019), Gülər Bayramlı (1986), Gədəbəy rayon sakini Vüsal Hüseynov (1990).
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxslərin əksəriyyəti Şəmkir rayonunun və onun kəndlərinin sakinləridir. Həmçinin siyahıda Gədəbəy rayon sakini də var.
İlkin məlumata görə, həmin şəxslər "Almalı" dönər evində yedikləri dönərdən zəhərləniblər. Siyahının artma ehtimalı var.