Azərbaycanlı blogerin şirkəti ləğv edildi

Azərbaycanlı blogerin şirkəti ləğv edildi
Kateqoriya məlum deyil20.08.25, 20:42307 👁️
T

Azərbaycanlı bloger Hüseyn Həsənovun şirkəti ləğv edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Zvezdaç" adlı "Telegram" kanalı mənbələrə istinadən məlumat yayıb.

 

Məlumata görə, Rusiya Federal Vergi Xidməti bu barədə qərar qəbul edib.

 

Bloger şəxsi inkişaf kurslarını satmaq üçün "Banda" MMC-ni təsis edib. Lakin şirkətin hüquqi ünvanı, eləcə də vəzifəli şəxsləri haqqında məlumatlar etibarsızdır. Artıq şirkətin hesabları bloklanıb.

 

Bundan əlavə, Həsənovun kurslarına qarşı ümumi məbləği 2 milyon 675 min rubl olan iki iddia qaldırılıb.

 

Həsənov məhkəmə proseslərindən az əvvəl şirkətin təsisçiləri sırasını tərk etmişdi.

 

Xatırladaq ki, mayın 14-də külli miqdarda pul vəsaitlərinin leqallaşdırılması və yuyulması ilə bağlı cinayət işi üzrə H.Həsənov axtarışa verilib. Bu maddəyə əsasən, blogeri 7 ilə qədər həbs cəzası gözləyir.

PAYLAŞ
Sehliyali
Yüklənir...