Logo

Novxanıda çimərliyin satılması ilə bağlı elan paylaşıldı - RƏSMİAÇIQLAMA

Novxanıda çimərliyin satılması ilə bağlı elan paylaşıldı - RƏSMİ AÇIQLAMA
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sosial şəbəkədə əmlak satışı ilə məşğul olan şəxs Novxanıda dənizin satılması ilə bağlı elan paylaşıb.

Bəs çimərlik ərazisinin alqı-satqısı qanunidirmi?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirir ki, heç bir halda dənizkənarı ərazi satıla bilməz:

"Dənizkənarı ərazilərdə mövcud olan torpaq sahələri müvafiq dövlət qurumlarından icarəyə götürülərək istifadə hüququ formalaşır və həmin ərazilərdə mövsümi olaraq müəyyən biznes xarakterli işlərin qurulması mümkündür. Lakin həmin ərazinin digər şəxslərə satılması qanunvericiliyə əsasən qadağandır".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, vətəndaş yalnız qanunla təsdiqlənmiş şəxsi mülkiyyətini satışa çıxara bilər:

"Ümumi istifadəyə aid sahələr, xüsusilə dənizkənarı zolaq dövlətin balansındadır və satıla bilməz".

Ətraflı Baku TV-nin süjetində:

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR