Millət vəkili “Ərəb dili ayı”nın rəsmi açılış mərasimində iştrak etdi - FOTOLAR

Millət vəkili &ldquo;Ərəb dili ayı&rdquo;nın rəsmi açılış mərasimində iştrak etdi - <span style="color:#ff0000">FOTOLAR</span>
Kateqoriya məlum deyil20.08.25, 14:30867 👁️
T

Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyasının təşəbbüsü ilə avqust ayı Azərbaycanda “Ərəb dili ayı” elan olunub. Bakı Dövlət Universitetində (BDU) “Ərəb dili ayı”nın rəsmi açılış mərasimi keçirilib.

 

Sfera.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının Dövlət himnləri səsləndirilib.

 

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev çıxışında ərəb dilinin dünyanın ən qədim və zəngin dillərindən biri olduğunu, əsrlər boyu Şərq və Qərb arasında elmin, ədəbiyyatın və mədəniyyətin körpüsü kimi bəşər sivilizasiyasının inkişafında mühüm rol oynadığını bildirib.

 

Mərasimdə millət vəkili Fatma Yıldırım və digər rəsmi şəxslər də iştrak edib.

 

Mərasimdə “Ərəb dili ayı”nın ilk iki həftəsində keçirilən ərəb dili üzrə şeir, qiraət və inşa müsabiqələrinin qalibləri mükafatlandırılıb.

 

Daha sonra “Ərəb dilinə dair 100 sual” kitabının təqdimatı və Azərbaycanda ərəb dilinin vəziyyəti ilə bağlı hesabat dinlənilib. Kral Salman adına Beynəlxalq Ərəb Dili Akademiyası haqqında tanıtım guşəsinə baxış keçirilib.

 

Mərasimin sonunda BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqram nümayiş olunub.

 

PAYLAŞ
Sehliyali
Yüklənir...