Güclü külək: Gəmilərə xəbərdarlıq edildi

Güclü külək: Gəmilərə xəbərdarlıq edildi
Kateqoriya məlum deyil
T

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) yanında Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

 

Agentlikdən Sfera.az-a verilən məlumata görə, xəbərdarlığa əsasən, avqustun 21-i gündüz saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi avqustun 22-si gündüzədək davam edəcək.

 

Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

 

Dalğanın hündürlüyünün 2.0-3.0 m, sonrakı inkişafda 3.0-5.0 m. çatacağı proqnozlaşdırılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR