“Avroviziya 2026” Vyanada keçiriləcək: yarımfinal və finalın tarixləri açıqlandı

Kateqoriya məlum deyil
T
“Avroviziya 2026” Mahnı Müsabiqəsi Vyanada keçiriləcək.
Sfera.az xəbər verir ki, Avstriyanın paytaxtı 2025-ci ilin yazında ölkə təmsilçisinin qələbəsindən sonra müsabiqənin ev sahibi şəhəri adlandırılıb.
Vyana tarixində üçüncü dəfə Avroviziyaya ev sahibliyi edəcək. Şəhər daha əvvəl 1967 və 2015-ci illərdə müsabiqəyə ev sahibliyi edib.
70-ci müsabiqənin yarımfinalları mayın 12 və 14-də, finalı isə mayın 16-da keçiriləcək. Bütün şoular “Wiener Stadthalle” arenasında baş tutacaq.





