Logo

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək - “At gücü” - VİDEO

Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək - "At gücü" - VİDEO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Avqustun 30-da klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək.

Sfera.az xəbər verir ki, tədbir Azərbaycan Avtomobil Federasiyası və Atçılıq Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq.

Bildirilib ki, yürüş Dənizkənarı Milli Parkdan Binə Atçılıq Mərkəzinədək keçiriləcək. Tədbirin sonunda konsert proqramı təşkil olunacaq.

Konsertdə rumıniyalı müğənni Minelli, italyan opera müğənnisi Vittorio Grigolo, Azərbaycanın xalq artisti, opera ifaçısı Yusif Eyvazov və əməkdar artist Afaq Abbasova çıxış edəcəklər.

Saat 12:00 - klassik avtomobillərin sərgisi

Dənizkənarı Milli Park

Saat 15:00 - klassik avtomobillərin yürüşü

Dənizkənarı Milli Park-Binə Atçılıq Mərkəzi

Saat 18:00 - çövkən yarışı / konsert

Binə Atçılıq Mərkəzi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR