Logo

“Yeni binalarda komendantlar insanları soyurlar, amma iş görmürlər” - Adil Əliyev

“Yeni binalarda komendantlar insanları soyurlar, amma iş görmürlər” - Adil Əliyev
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

"Bələdiyyələrin fəaliyyətini qınayırlar, ama təkliflər irəli sürülmür. Bələdiyyələrin fəaliyyəti gücləndirilməlidir".

Sfera.az ölkə.az-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Adil Əliyev parlamentin bu gün keçirilən plenar iclasında bələdiyyələrlə bağlı İllik Məruzənin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, Bakının rayonlarındakı bəzi binalara nəzarət bələdiyyələrə verilməlidir: "Bakının bəzi rayonlarının ərazisində müxtəlif təşkilatların nəzarətində olan binalar var, onlara xidmət icra hakimiyyətləri tərəfindən edilir. Həmin binalara nəzarət, xidmət çox aşağıdır. İnsalar da narazı qalır. Təklif edirəm ki, həmin binalara nəzarət bələdiyyələrə verilsin. Yeni binalarda komendantlar insanları soyurlar, amma iş görmürlər. Bu işlər bələdiyyələrə verilərsə, daha faydalı olar, yığılan vəsait təyinatı üzrə istifadə olunar".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR