Zelenski Almaniyaya gedəcək

Zelenski Almaniyaya gedəcək
Kateqoriya məlum deyil13.08.25, 07:34199 👁️
T

Ukrayna Prezidenti Volodimir Zelenski avqustun 13-ü Berlinə səfər edəcək. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

 

Nəşrin bildirdiyinə görə, Zelenski Berlin səfəri zamanı Fridrix Merzlə birgə Almaniya kansleri və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək videokonfransda iştirak edəcək. Merz bu danışıqları, Rusiya Prezidenti Vladimir Putin və Trampın avqustun 15-də Alyaskada baş tutacaq görüşü ərəfəsində təşkil edir.

 

Ağ Evin mətbuat katibi Kerolin Levittin sözlərinə görə, görüş Ankoric şəhərində keçiriləcək. Kreml isə sammitin tarixini və yerini təsdiqləyib. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Alyaska seçimi məntiqlidir, çünki ABŞ və Rusiya Federasiyasının iqtisadi maraqları kəsişir.

 

Danışıqların əsas mövzusu Ukrayna böhranının uzunmüddətli sülh yolu ilə həllinin tapılmasıdır. Moskva eyni zamanda Trampı növbəti görüşü Rusiyada keçirməyə dəvət edib. Ankoricdəki hərbi baza isə Putinin Trampla görüşü ilə bağlı suallara hələ cavab verməyib.

 

Fidan Hacızadə
Sfera.az

 

PAYLAŞ
Sehliyali
Yüklənir...