Metroda QR-kodla ödənişlərdə problem yarandı

Kateqoriya məlum deyil
T
Bakı metropolitenində QR-kodla ödənişlərdə problem yaşanıb.
Sfera.az xəbər verir ki, bu barədə Oxu.az-a sərnişinlər məlumat verib.
Onların sözlərinə görə, hazırda QR-kod ödənişlərində yaşanan problemə görə metronun “28 May” stansiyasının girişində sıxlıq müşahidə edilir.
Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu ünvanlanıb.






