Simpsonlar bu proqnozları da verib - NƏLƏR GÖZLƏNİLİR?

Simpsonlar bu proqnozları da verib - NƏLƏR GÖZLƏNİLİR?
Kateqoriya məlum deyil
T

“The Simpsons” animasiya serialı yalnız əyləncə deyil, həm də gələcək haqqında dəqiq proqnozları ilə diqqət çəkir. 

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu serialda yer alan bir çox epizodun təsvir etdiyi hadisələr artıq reallığa çevrilməkdədir.

 

1.Süni İntellektin işğalı


23-cü mövsümün 17-ci bölümündə cənab Burns insanları robotlarla əvəz edir. Bu gün süni intellekt suallara cavab verir, yazılar yaradır. “Tesla”, “Google” və “Amazon” kimi şirkətlər robotlar hazırlayır. Robotların insanların yerinə işləməsi bu proqnozu təsdiqləyir.


    
2.Gündəlik həyatda virtual reallıq


28-ci mövsümün 2-ci bölümündə insanlar virtual reallıq eynəyi taxıb, real həyatdan uzaqlaşırlar. “Meta” şirkəti “Metaverse” adlı virtual dünya üçün böyük sərmayə qoyur. İnsanlar burada görüşür, oyun oynayır, hətta ev tikirlər. Bu davam etsə, insanların çoxu vaxtını virtual dünyada keçirə bilər.
    

3.Reklam və cihazlarla manipulyasiya


20-ci mövsümün 4-cü bölümündə reklamlar insanları hipnoz edir. 12-ci mövsümdə gizli mesajlarla insanları təsir altına alırlar. İndi ağıllı cihazlar bizim söhbətlərimizi dinləyir, süni intellekt şəxsi məlumatları araşdırır. Texnologiya inkişaf etdikcə, insanların davranışlarına təsir daha da artacaq.
    

4.Marsın işğalı


27-ci mövsümün 16-cı bölümündə Marsda ilk insanlar yaşayır. İlon Mask-ın “SpaceX” şirkəti 2030-cu illərdə Marsa insan göndərməyi planlayır. Marsda baza qurulması bu proqnozu doğruldacaq.

 

5.Cəmiyyətin dağılması


Serialda siyasi qarışıqlıqlar, iğtişaşlar və korrupsiya göstərilir. Bu gün bəzi ölkələrdə demokratik dəyərlər zəifləyir, toplum dərin şəkildə parçalanır. Bu, serialın ciddi və qorxulu proqnozlarındandır.
    
 

6.Holoqrafik mesajlaşma


23-cü mövsümün 22-ci bölümündə 3D holoqrafik mesajlar göstərilir. Artıq holoqramlar konsertlərdə və artırılmış reallıq texnologiyasında istifadə olunur. Gələcəkdə bu cür mesajlaşma gündəlik həyatımızın bir hissəsi ola bilər.

 

7.Trampdan sonra qadın prezident


11-ci mövsümün 17-ci bölümündə Liza Bart ABŞ-nin ilk qadın prezidenti olur. Serial 2016-cı ildə Donald Trampın prezident seçilməsini əvvəlcədən görmüşdü. Bu proqnoz Lizanın gələcəkdə prezident olacağını göstərir.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR