Müdafiə Nazirliyindən xəbərdarlıq: Dörd gün...

Müdafiə Nazirliyindən xəbərdarlıq: Dörd gün...
Kateqoriya məlum deyil
T

Müdafiə Nazirliyi (MN) istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının məhv edilməsi prosesini həyata keçirəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə Teleqraf-a MN-dən məlumat verilib.

 

"11-15 avqust tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Ağdərə rayonu ərazisindəki “Gödəkburun" təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - deyə nazirliyin məlumatında qeyd olunur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR