Bu salfetləri almayın - XƏBƏRDARLIQ

Almaniyanın səhiyyə orqanları “Rossmann” mağazalarında satılan “ISANA 5-in-1”makiyaj təmizləyici salfetlərinin geri çağırılması barədə təcili xəbərdarlıq yayıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, məhsullarda “Pluralibacter georgiviae” bakteriyasının aşkar edilməsi səbəbindən belə bir qərar verilib.
Səlahiyyətlilər bildirirlər ki, bu bakteriya xüsusilə immuniteti zəif olan şəxslər üçün ciddi sağlamlıq riski daşıyır. İnfeksiya qəfil atəş, tənəffüs problemləri, dəridə qızartı, şişlik və təzyiq yaraları kimi simptomlarla özünü göstərə bilər, nadir hallarda isə daha ağır xəstəliklərə səbəb ola bilər.
İstehlakçılara məhsuldan istifadəni dərhal dayandırmaq və sağlamlıqla bağlı hər hansı problem yarandıqda həkimə müraciət etmək tövsiyə olunur.
Fidan Hacızadə
Sfera.az






