Bakı Metropoliteni iş rejimində dəyişiklik edəcək - Bu tarixdə

Bakı Metropoliteni iş rejimində dəyişiklik edəcək - Bu tarixdə
Kateqoriya məlum deyil
T

Bakı Metropoliteni “Qarabağ” FK ilə Şimali Makedoniya təmsilçisi “Şkendiya” arasında UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək matçla əlaqədar iş rejimində dəyişiklik edəcək.

 

Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC açıqlama yayılıb.

 

Qarşılaşmaya azarkeş marağını nəzərə alaraq, Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən “Gənclik” stansiyası, eləcə də “28 May” və “Nərimanov” stansiyalarında əlavə tədbirlər görüləcək.

 

"Bakı Metropoliteni" QSC-nin məlumatına görə, sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək üçün xüsusi növbətçilik cədvəli tərtib olunacaq, stansiyalara əlavə işçi qüvvəsi ayrılacaq, sərnişinlərin yönləndirilməsi və nizamlı hərəkəti təmin ediləcək.

 

Qatarların hərəkəti yay qrafikinə uyğun davam edəcək, eyni zamanda xəttə buraxılması üçün ehtiyat qatarlar hazır saxlanılacaq.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR